02.04.2014 / 2.47    Şərhçı:  Alim Novruz
mətn
Bu yatan Milleti qefletden oyandìrsa idim,
Sevinerdim bulara metlebi qandìrsa idim.

Elemezdi daha bu cahil öz axmaglìgìnì
Emelimle onu her yerde utandìrsa idim.

Xelqimi bezdirerek bunca sitem etmez idi,
Söz ile zalimi men candan usandìrsa idim

Qoca dünyanìn eser etmez idi qem kederi
Lebi-canan xeyalìn ba$da dolandìrsa idim.

Yurdumun servetin arsìzcasìna qesb edenin
Odlu ahim ile ka$ neslini yandìrsa idim.

Alima,sevmez idi kimse bu xelq icre meni
Qara milcek kimi her qelbi bulandìrsa idim.
02.04.2014 / 16.10    Müəllifin Cavabı
02.04.2014 / 2.39    Şərhçı:  Alim Novruz
mətnMeyxanə içrə resmidü saqi şərab olar,
Gər olmasa bu əhli-səfaya əzab olar.

Kim saxlasa Əlinin əgər ehtiramını,
Dərgah-alidə o kəs alicənab olar.

Açsam suya söz abi -ləbindən gülüzlümün,
Möcüz deyilmi ki dönüb ol dəm gülab olar.

Zahiddə rindi tək içə hər dəm şərabdən
Halində şübhə yox ki onun inqilab olar.

Etdikcə qəsb dəhrdə çox haqqı qəsbkar Mütləq səqər məkan ona yövmülhesab olar

Olmaz nicat bizlərə zülmətdən Alima
Yarın o gün üzündə nə qədri niqab olar.
02.04.2014 / 16.10    Müəllifin Cavabı
01.04.2014 / 23.58    Şərhçı:  Cahandar Nəzmi
Millət qaragündür, qabağında ağı gördüm,
Gözlərdə küdurətlə dolu bir ağı gördüm.
Qaldrırm əzilmiş başımı zirvəyə baxdım,
Qartal yuvasında niyə qaşqaldağı gördüm.
Alçaq yerə təhkimli böyük insanlar var,
Yüksəkdə oturmuş nə qədər alçağı gördüm.
Xalqın yaxası çaki-giriban olanda,
Köz bağlamamış, təp-təzə həsrət dağı gördüm.
Öz itmə sümük atmağa getdikdə keçən gün
İtdən o yana yal yalayan yaltağı gördüm.
Bir dəfə zibillikdən ötəndə aman Allah!
Yerdə bir Azərbaycan bayrağı gördüm.
Nəzmi, mən isə güzgüyə baxdıqda həmişə
Öznü şüəra əhli sanan axmağı gördüm.
02.04.2014 / 16.10    Müəllifin Cavabı
01.04.2014 / 14.56    Şərhçı:  Elsever Ehli-qurbet
Səfayi-məclisi-peymanəyə meyl eyləmişəm
Çəkirəm həsrəti, cənanəyə meyl eyləmişəm

Məni məndən alıb əyamu-məhəbbət, dəliyəm
Cununi-təsvirəm, əfsanəyə meyl eyləmişəm

Qəm bu ünvanı gəlib yad eləməz, arxayınam
Çəngilər rəksinə, təranəyə meyl eyləmişəm

Hər gecə aşinalar içrə mənəm məsti-xumar,
ƏYanıram şəm kimi, pərvanəyə meyl eyləmişəm.

Mən bu dünyadə tərfdarıyam hər düz deyənin,
Mən bu üzdən dəli-divanəyə meyl eyləmişəm

Beş gün ömrüm var, əzab əhlini ibrət sanıram
Mən Elsevər kimi meyxanəyə meyl eyləmişəm
26.04.2014 / 11.02    Müəllifin Cavabı
25.03.2014 / 22.20    Şərhçı:  Cahandar Nəzmi
Gəl baxaq mavi-yaşıl pəncərələrdən səhərə,
Qırmızımtıl görünən mənzərələrdən səhərə.

Köhnələrdən qalanı biz bu gün axşam sömürək,
Nəsə bir şey qalacaq bəs təzələrdən səhərə?

Qara qoç ağ günə çıxdı, üz ağardır qara su,
Bir fəxrdir qoça bu, qaçdı səhərdən səhərə.

Haq sözü qəbul edənlər az olub, rəsmdi bu,
Həmşə oxlar atılıb çoz gecələrdən səhərə.

Yüz işıq yandırırıq, Nəzmi, gecə; Xoş görünür,
Nə qalır söylə həmin dəbdəbələrdən səhərə.
26.03.2014 / 13.59    Müəllifin Cavabı
22.03.2014 / 20.22    Şərhçı:  Elsever Ehliqürbet
Göstər mənə gül füsnü, canan utanarmı?
Xəlvətdə görən aşiqi nalan utanarmı?

Gəl badə verim, ləblərində güllər açılsın,
Fürsət düşəndə nazəni pünhan utanarmı?

Cır paltarını, körpə şikarım, mənə bahəm
Həsrətlə görüş gözləyən insan utanarmı?

Məcnun ilə Leyla kimi yandırdı bizi qəm
Doydum bemədən su içən ətşan utanarmı?

Qoy aşiq olan cəh-cəlala insan utansın
Allah yaradan görkəmə heyran utanarmı?

Mən aşiq olandan sənə hicranə alışdım
Sənsən utanan sevgili, hicran utanarmı?

Viranə qoyar aləmi öz aləmi varan,
Yoxdursa inam insana şeytan utanarmı?

Qoy canımı hicran alınca cananım alsın
Versə varını Elsevər əhsan utanarmı?
26.03.2014 / 13.59    Müəllifin Cavabı
21.03.2014 / 17.06    Şərhçı:  Elsever Ehliqürbet
Ey könül, bəsdi daha, nazlı nigar axtarma
əbəs yerə dolanıb körpə şikar axtarma

Rast gələrsən gözü şəhlayə, düşərsən azara
Səni bədbaxt eliyər mərdü-mazar, axtarma.

Səbr elə, qismət olar, sadə gözəllər çoxdur
Qismətin də özünün qisməti var, axtarma

Eybi olmuyan gözəlik bu cahanda yoxdur
Bu fəna mülküdə əfsanəvi yar, axtarma

Daha dövran dəyişib, dövr elə dövranə görə
Düşmüsənsə gəlib Hindistana, qar axtarma

Bax əsas qeyrəti üstündə, üzü ağ, olsun
Surəti cazibədar, hüsnü kibar, axtarma

Gəl yetiş sahib zaman, Elsevərin çarəsisən
Qələmi qılınc eyləmişəm, kənar axtarma
21.03.2014 / 21.14    Müəllifin Cavabı
21.03.2014 / 17.02    Şərhçı:  Elsever Ehliqürbet
Hörmətli söz ustaları, hörmətli söz xiridarları və bütün şeyriyata qiymət verənlər. Sizləri Dünya şeyriyat günü münasibəti ilə təbrik edirəm. Hamınıza uzun ömür və zehin açıqlıqı arzu edirəm.
21.03.2014 / 21.14    Müəllifin Cavabı
10.03.2014 / 17.18    Şərhçı:  Əli Əmirov
Yasin m. salam. Maraqlanan oxucular üçün, Ədilli Şirvaninin kitabının elektron variantı:

[PDF]Əruz vəzninin sadələşdirilmiş qəlibləri [Mətn] - Anl.az
www.anl.az/el/alf7/esh_evsq.pdf - Перевести эту страницу
Nəsir Əhmədli. Ədilli Şirvani. Əruz vəzninin sadələşdirilmiş qəlibləri. Bakı,. “ Adiloğlu”-2011, 50 səh. Kitabda əruz vəzninin yaranması, xüsusiyyətləri, türkcə-.
12.03.2014 / 11.07    Müəllifin Cavabı
09.03.2014 / 11.06    Şərhçı:  Qevimi

Bəsirət eyni könül,hər kimin ki, kor olsa,
Həqiqəti görə bilməz, gözündə tor olsa.

Təmizlə qəlbini cəhd eylə olma nəfspərəst,
Bitirməz heç nə bu torpaq düşün ki,şor olsa.

Hara çatıb doyuran qarnını olar bədnam,
Çətin nüfuzi ola kim ki,müftəxor olsa.

Təvazökarlıq edib dəhr içində ömr eylə,
Təkəbbür etmə məbadə qolunda zor olsa.

Yetimə zülm edən aləmdə can verər ağır,
O bəlkə də buna layiqdi gorbagor olsa.

Ümumə şövq ilə bəzm içrə söylə əşarı,
Əgər verən sözə qiymət Qəvimi,sor olsa.
09.03.2014 / 22.45    Müəllifin Cavabı
9  10  11  12  13